Rusiya Silahlı Qüvvələrinin Kiyevə qarşı kütləvi hücumu nəticəsində azı 6 nəfər həlak olub.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko sosial şəbəkələrdə bildirib.
"Hazırda 6 nəfərin həlak olduğu təsdiqlənib. Xilasetmə əməliyyatı davam edir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, dağıntıların təmizlənməsi üzrə iş aparılır.
T.Tkaçenko qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin dronlar və ballistik raketlərlə zərbələri nəticəsində 27-dən çox məkanda dağıntılar olub. Onun sözlərinə görə, Kiyevin Solomenski, Svyatoşinski, Şevçenkovski və Qoloseevski rayonları daha çox zərər çəkib.
08:29
Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində 43 nəfər yaralanıb, bir nəfər həlak olub.
Bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.
Qeyd olunur ki, zərbələrin nəticələri bir neçə rayonda müşahidə olunur, evlər zədələnib.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 26 nəfər paytaxtın tibb müəssisələrinə yerləşdirilib, həlak olan qadının meyidi dağıntılar altından çıxarılıb.
Qurumdan bildirilib ki, yaralananlar arasında çağırışa gedən üç polis əməkdaşı da var.
"Raketlərdən biri yaşayış binasına düşüb. Binanın bir girişi tamamilə dağıdılıb", - məlumatda deyilir.