EN

Xatirələrin anatomiyası: Ən gözəl gününüzü xatırlayın!

Gündəlik həyatımızda saysız xatirələr toplayırıq. Bunların bəziləri əhəmiyyətsiz görünsə də, bəziləri həyatımızın ən unudulmaz anlarına çevrilə bilər. Bu anıları xatırlamaq, yaşadığımız həyatı daha dərindən dərk etməyə kömək edir.


Pravda.az bildirir ki, alimlərin fikrincə, yaddaş insanın təcrübələri əlaqələndirməsinə, öyrənməsinə və həyatına mənalar yükləməsinə imkan verir. Hələ də beyindəki yaddaşın tam necə işlədiyi tam olaraq bilinməsə də, neyroanatomik, bioloji və psixoloji mexanizmləri üzərində araşdırmalar davam edir.


Beyin məlumatları üç mərhələdə işləyir: kodlaşdırma, yadda saxlama və geri çağırma. Yaddaş olmasaydı, gündəlik fəaliyyətlərimizi icra etmək, əlaqələr qurmaq və həyatımıza davam etmək mümkün olmazdı.


Yaddaş necə bölünür?

Atkinson və Shiffrinin təqdim etdiyi modelə əsasən, yaddaş üç əsas bölmədən ibarətdir:


Hissi yaddaş: Ətraf mühitdən gələn ilkin məlumatların qeyd olunduğu yerdir.


Qısa müddətli yaddaş: Məlumatlar burada qısa müddət (təxminən 30 saniyə) saxlanılır və işlənir.
 

Uzun müddətli yaddaş: Məlumatlar burada uzun müddət şüurlu (açıq yaddaş) və ya şüuraltı (örtük yaddaş) şəkildə saxlanılır.


Ən gözəl gününüzü xatırlamağa çalışdığınızda, beyniniz kodlaşdırılmış və saxlanılmış informasiyanı geri çağırır. Bu proses həm kimyəvi, həm də elektriksel mexanizmlərlə baş verir və bəzən şüurlu səy tələb edir.


Odur ki, bir anlıq dayanıb ən gözəl gününüzü xatırlayın!


Əminə Bayramova 

Tarix: 31 İyul 2025, 09:29   
Chosen
39
1
pravda.az

2Sources