EN

Yeznəsini baltalayan şəxsə hökm oxundu

Masallı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İbrahim Bəşirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynal Zeynalovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


İttihama görə, hadisə bu il iyulun əvvəlində, saat 15 radələrində Masallı rayonu ərazisində qeydə alınıb.


Belə ki, İbrahim Bəşirov bacısının yaşadığı fərdi yaşayış evinin həyətində kürəkəni (yeznəsi), zərərçəkmiş Əli Vəlizadə (adı, soyadı şərtidir) ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, zərərçəkmiş şəxsin əlindən aldığı balta ilə onun sağ əlinə həmin əşyanın küt tərəfi ilə qəsdən vurub. Nəticədə Əlinin sağ əlinin barmaqları sınıb.


Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş Əli Vəlizadə təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirib.

Kamal Məmmədov 

Tarix: 31 İyul 2025, 08:58   
Chosen
15
pravda.az

1Sources