EN

"Qarabağ"a tanış rəqib: "Şkendiya" Azərbaycan klubunu mübarizədən kənarlaşdırıb

Ağdamın “Qarabağ” komandasının Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın “Şkendiya” komandası artıq Azərbaycan klubları ilə qarşılaşıb.

İdman.biz xəbər verir ki, 2016/17 mövsümündə "Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində "Şkendiya"nı mübarizədən məğlub ayrılıb.

Bakıda keçirilən ilk görüş qolsuz bərabərliklə yekunlaşıb və Tetovodakı cavab oyununda isə şimali makedoniyalılar 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıblar. Həmin mövsümdə klub Avropada tarixinin ən uğurlu çıxışına imza atıb - "Şkendiya" Avropa Liqasında üç mərhələ keçib.

Çempionlar Liqasının hazırkı püşkatmasında “Şkendiya” əvvəlki mərhələdə Rumıniya FCSB-ni iki dəfə məğlub edib – 1:0 və 2:1. “Qarabağ” isə öz növbəsində “Şelburn”a Dublində 3:0, Bakıda isə 1:0 hesabları ilə qalib gəlib.

Qeyd edək ki, “Qarabağ” və “Şkendiya” arasında ilk oyun avqustun 5-də Tetovoda, cavab qarşılaşması isə avqustun 12-də Azərbaycanın paytaxtında keçiriləcək.

İdman.biz

Chosen
29
idman.biz

1Sources