EN

Bakıda ağır QƏZA: "Volkswagen" iki piyadanı vurdu, işıq dirəyinə ÇIRPILDI - VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində qeydə alınıb.

Belə ki, "Volkswagen" markalı minik avtomobili iki piyadanı vuraraq, yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində piyadalardan biri hadisə yerində ölüb. Avtomobilə ciddi ziyan dəyib.
 

Şahidlərin sözlərinə görə, təcili tibbi yardım avtomobili hadisə yerinə təxminən 40 dəqiqə gec çatıb.


Həmin görüntüləri təqdim edirik:




Bizim.Media

Chosen
45
bizim.media

1Sources