EN

Portuqaliya millisinin futbolçusu “Fənərbağça”da

Bakı, 31 iyul, AZƏRTAC

Türkiyənin “Fənərbağça” komandası heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisi İngiltərənin “Vulverhempton” komandasından ayrılan Nelson Semedonun keçidini rəsmiləşdirib.

Portuqaliya millisinin müdafiəçisi yaxın vaxtlarda İstanbulda olacaq.

Chosen
79
azertag.az

1Sources