EN

“Kəpəz”in bütün transferləri müdafiəçidi

Ötən günlərdə Erkin İbrahimovla söhbətimiz olmuşdu, “Kəpəz” haqda danışmışdım. Transferlərin az və çempionat üçün yetərli olmadığını demişdim. Klubun qeyri-rəsmi idman direktoru az, amma keyfiyyətli legioner futbolçular transfer etdiklərini dedi. Həqiqətən belədi?

Pedro Qomeş. “Boavişta”dan gələn portuqal “Sportinq”in aşağı yaş komandalarında oynayıb, keyfiyyətli mərkəz müdafiəçisidi. Sağda da oynaya bilir. 22 yaşlı futbolçu karyerasının əsas hissəsini “Boavişta”da keçirib. 400 min avro “transfermarkt” dəyəri var.

Adama Fofana. 172 boylu sol cinah yarımmüdafiəçisi üçlü müdafiədə yarımmüdafiçi kimi də oynaya bilir. Elə də zəngin karyerası yoxdu. Son klubu “Adanaspor”du. 25 yaşlı futbolçunun “transfermarkt” dəyəri 250 min avrodu.

Qeyd edək ki, Erkin İbrahimov başqa futbolçularla da anlaşdıqlarını bildirib.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
14
football-plus.az

1Sources