EN

"Transferləri mütləq etmək istəyirik" - Qurban Qurbanov

“Qarabağ” bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşünə çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Şelburn”u 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Publika.az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə keçdik, iki qələbə qazandıq. Bu gün tam razı qaldığım məqamlar olmadı. Ancaq futbolçulara bir o qədər də irad bildirə bilmədim. Çünki öz optimal formalarından uzaqdırlar. Sadəcə onların yanında olub, bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı xoşlamır. Bu gün də bunu gördük. İrlandiyadakı oyunda uduzsalar da, burada çox motivasiyalı, istəkli idilər. 1:0-dan sonra üzərimizə gəldilər, əl çəkmədilər. Möhtəşəm azarkeşlərimiz var idi. Onları hər zaman stadionda bu qədər çox xoşdur, motivasiyadır. Sabah üç komandamız oynayacaq, hər üç komandamıza uğurlar arzulayıram. Allah qoysa, sərfəli nəticələr qazanarlar.

– Yeni oyunçuların adaptasiyası necə gedir?

– Normaldır. Məşqlərdə pis deyillər. Düzdür, texniki və fiziki tam hazır deyillər. Amma bir neçə oyun lazımdır ki, adaptasiya olsunlar. Amma vacib odur ki, kollektivə uyğunlaşsınlar, nə qədər futbolçularla dialoqda olsalar, oyuna girmək asan olur. Normaldır.

– Kadi Borges yenidən vinger kimi oynayacaq, yoxsa bugünkü kimi orta sahədə oynayacaq?

– Kadi universal futbolçudur. Hətta onun kareyrasında bu mövqedə oynayıb, sonradan hücumameyilli olub. Həm rəqibə uyğun, həm bizə lazım olan anlarda istənilən mövqedə oynayır. Bu cür oyunçuların faydası çoxdur.

– Marko Yankoviçin yoxluğu hiss edilirdi?

– Yankoviç digərləri kimi bizim vacib oyunçularımızdan biridir. Amma əfsuslar olsun ki, futbolda zədə, cəza olur. Olmayanda, digər futbolçular bu mövqedə oynamağa hazırdırlar. Hər bir futbolçunun sağlam olması həm mənim məşq prosesimi yaxşılaşdırır, həm də oyuna hazırlığımı asanlaşdırır. Allah qoysa, tez bir zamanda dönəcək, öz mövqeyində yəqin ki, oynayacaq. Kadi Borges Yankoviçin mövqeyində oynayırdı. Digərləri də orta sahədə faydalı iş gördülər.

– Əcnəbi hücumçu gələcək?

– Bu gün əlimizdə konkret xəbər yoxdur. Şablon cavab verəcəm. Çox istəyirik ki, bir neçə futbolçu dəvət edək. Son transfer pəncərəsinə kimi çalışacağıq ki, transfer edək. Buna ehtiyacımız var. Futbolçu sayı baxımından və keyfiyyət baxımından. Olmasa da, indiki oyunçularımızdan razıyam. Sadəcə bu gün ən azından KL-ın qrupunu təmin etdik. Futbolçu sayı, özü də keyfiyyətli futbolçu sayı çox lazım olacaq ki, avrokuboklarda da tempimizi qoruyaq. Transferləri mütləq etmək istəyirik.

– Tahir Gözel dedi ki, 10 nömrə və mərkəz hücumçusu transfer etmişik. 3-cü tura qədər Bakıya gələcəklər?

– Etmişik deyir? Yox, etməmişik.

– “Qarabağ”da penaltilərlə bağlı sindrom qalıb. Kadi Borges fərqlənə bilmədi…

– Bəlkə də qapıçını aldatmaq istəyirdi, qapıçı onu aldatdı. Penalti o dərəcədə heç birin futbolçunun üzərinə gedəsi element deyil. Ən böyük oyunçular da penalti qaçırıblar. Bizim yaxşı penalti vuran oyunçularımız var. Toral Bayramov 15 penaltini bəlkə dalbadal vurub. Kadi çempionat oyununda da vurmamışdı. Amma əvvəllər vurub. Bəlkə hesab 0:0 olsaydı, vuracaqdı. Qapıçıları da nəzərə almaq lazımdır.

– Kevin Medina sarı vərəqdən sonra əvəzlədiz. Yeni transferi yoxlayırdız?

Chosen
8
11
publika.az

10Sources