EN

Son illər birdəfəlik müavinətlərdə dəfələrlə artım olub

Bakı. Trend:

2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5sosial islahat paketinin icrası digər sosial ödənişlər kimibirdəfəlik müavinətlərdə də ciddi artımlara imkan verib.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bildirilib ki, həmin dövrdə birdəfəlik müavinətlərin məbləğiuşağın anadan olmasına görə 6,7 dəfə artırılaraq 600 manata, dəfnüçün isə 5 dəfə artırılaraq 600 manata çatdırılıb. Radiasiya qəzasınəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlikmüavinətdə də 1,5 dəfə artım olub və hazırda məbləği 300manatdır.

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacıolan şəxslərə birdəfəlik müavinətin məbləği isə 2018-2025-ciillərdə 3,5 dəfə artırılaraq 1600 manata çatdırılıb.

Chosen
4
24
az.trend.az

10Sources