EN

“İnsanlığı məhv edə bilər”

İtaliyanın Siciliya bölgəsində yerləşən Mussomeli qəsəbəsində “1 avroya ev” proqramı çərçivəsində ev alan İngiltərəli cütlük, simvolik qiymət arxasında gizlənən real xərclərlə üzləşib.

Başlanğıcda evin satış qiyməti rəsmi olaraq cəmi 1 avro olsa da, əlavə hüquqi, vergi və təmir xərcləri nəticəsində cəmi məbləğ 40 min avronu ötüb. Cütlüyün üzləşdiyi əsas xərclər bunlardır:

3.500 avro hüquqi və inzibati rüsumlar,

800 avro vergi ödənişi,

35.000 avro təmir və bərpa işləri üçün ilkin təxminlər.

Bununla belə, ev sahibləri təmir işlərini özləri həyata keçirməyi planlaşdırdıqları üçün ümumi məbləğin bir qədər azalacağını ümid edirlər.

 

“1 avroya ev” təşəbbüsü nədir?

 

İtaliyanın bəzi bölgələrində, xüsusilə kənd və kiçik şəhərlərində həyata keçirilən “1 avroya ev” kampaniyasının əsas məqsədi, tərk edilmiş və əhali itkisinə məruz qalmış yaşayış məntəqələrinə yeni nəfəs verməkdir.

Mussomeli şəhərində bu təşəbbüs uğurlu hesab olunur – 500-dən artıq ev artıq satılıb. Alıcılardan əsas tələb isə – evi təmir edəcəklərinə dair konkret büdcə öhdəliyi götürmələridir.

Nəticə etibarilə, başlanğıc qiymətin cəlbedici görünsə də, bu təşəbbüs real olaraq hüquqi sənədləşmə, vergi və ciddi bərpa işləri tələb edir. Bununla belə, az qala tərk edilmiş bu şəhərlərə həyatın qayıtması baxımından təşəbbüs müsbət nəticələr verir.

Chosen
32
vaxt.az

1Sources