Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən sərnişin nəqliyyat vasitələrinin alınması məqsədilə açıq müsabiqə elan olunub.
Far.Az-in məlumatına görə, müsabiqənin predmetinə 3 ədəd yeni, müasir texniki göstəricilərə malik minik avtomobilinin satın alınması daxildir.
Müsabiqənin ümumi dəyəri 264.000,00 AZN təşkil edir.