EN

Ermənistanda keşiş Baqrat Qalstanyanın daha üç tərəfdarı saxlanıldı

Ermənistandakı “Müqəddəs Mübarizə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyanın tərəfdarı olan üç nəfər - Artur Demirçyan, Lusine Qriqoryan və Ovnatan Demirçyan saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar Baqrat Qalstanyanın başladığı etiraz hərəkatının fəal iştirakçıları olmaqda təqsirləndirilir.

 

Xatırladaq ki, B. Qalstanyanın barəsində iyunun 26-da həbs-qətimkan tədbiri seçilib.

 

O, hakimiyyətin zorla ələ keçirilməsi, dövlət çevrilişinə cəhddə günahlandırılır.

Chosen
43
7
senzor.az

8Sources