EN

Məktəbəhazırlıq qruplarına 55 min uşaq qəbul olunub

55 min nəfərə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib. Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

Operativ Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün keçirilən brifinqdə məlumat verib.

Bildirilib ki, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul prosesinə 8 iyul tarixindən start verilib. Valideynlər mektebeqebul.edu.az platformasına daxil olaraq sorğularını yerləşdirə bilirlər. Hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir.

Chosen
35
operativmedia.az

1Sources