Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya tədarükünün vaxtı açıqlanıb.BUTA.TV xəbər verir ki, bu barədəTürkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar məlumat yayıb. "Avqustun 2-də Kilis vasitəsilə Azərbaycandan Hələbə təbii qaz ixracına başlayacağıq", - nazir bildirib. Qeyd edək ki, Türkiyə mediası daha əvvəl qaz nəqlinin avqustun 1-dən başlayacağını yazmışdı.