EN

Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazandı

Azercell-in dəstəyi ilə paralimpiyaçılar beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər

2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin idmançıları Azercell-in dəstəyi ilə müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr göstəriblər. Komanda 6 qızıl, 6 gümüş və 10 bürünc olmaqla ümumilikdə 22 medal, eləcə də 2 feyr-pley mükafatı qazanıb.

Əldə olunan nailiyyətlər sırasında beynəlxalq yarışlarda qazanılan uğurlar xüsusi önəm daşıyır. Aprel ayında Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında parabadminton və paraüzgüçülük üzrə yarışan idmançılar 3-ü qızıl olmaqla ümumilikdə 9 medal və 2 feyr-pley mükafatına layiq görülüblər.

May ayında Tbilisidə təşkil olunan parapauerliftinq üzrə Dünya Kubokunda milli komanda 3 qızıl və 3 gümüş medal qazanaraq fəxri kürsüyə yüksəlib. Həmin ay Fransada baş tutan Dünya Seriyasında paraüzgüçü Əli Vəliyev bir neçə məsafədə şəxsi rekordlarını yeniləyərək ilk dəfə 400 metr sərbəst üzmə yarışında iştirak edib.

Parabadminton üzrə milli komandamızın üzvü İbrahim Əliyev Misir və Bəhreyndə keçirilən beynəlxalq turnirlərdə 3 bürünc medala layiq görülüb. Daha bir bürünc medalı isə Aslan Ərcan Xorvatiyada təşkil olunan Parakarate üzrə Gənclər Kubokunda qazanıb.

Parataekvondo idmançılarımız da beynəlxalq arenada uğurla çıxış ediblər. Türkiyə və Çində baş tutan yarışlarda Sabir Zeynalov və Orxan Cəfərov bürünc, paralimpiya çempionu İmaməddin Xəlilov isə gümüş medal qazanıb.

Qeyd edək ki, İmaməddin Xəlilovun idman karyerası barədə “Euronews” kanalı xüsusi reportaj hazırlayıb:

Chosen
63
16
publika.az

10Sources