Rusiyanın şərqində Kamçatkada baş verən güclü zəlzələ sunamiyə səbəb olub.
Referans Ölkə.az-a istinadən xəbər verir ki, üç sunami dalğası zəlzələdən sonra Severo-Kurilsk sahil zonasında Kuril adasının Paramuşir sahilinə
dəyib, sonuncusu ən dağıdıcı olub.
Saxalin vilayətinin Severo-Kurilsk bələdiyyə dairəsi administrasiyasının rəhbəri Aleksandr Ovsyannikovun verdiyi məlumata görə, birinci sunami
dalğası təxminən 200 metr hündürlüyə çatıb. “Sonra daha iki dalğa oldu, ikincisi çox zəifdi, üçüncüsü daha çox enerjili, güclü idi. Gəmiləri sahilə
atıb, liman infrastrukturuna ciddi ziyan vurub", - Aleksandr Ovsyannikov qeyd edib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Severo-Kurilsk limanı su altında qalıb. Dəniz suyu da Alaid balıqçılıq müəssisəsinə daxil olub.
Şəhər sakinləri sunami təhlükəsi tamamilə aradan qaldırılana qədər orada qalacaqları təpəyə köçürülüb. Şəhərdə həyacan siqnalı verilib.