BVF-nin məlumatına görə, son 5 ildə ən sürətlə inkişaf edən ölkələrin reytinqi açıqlanıb.
Hafta.az-ın yazdığına görə, siyahıda ilk yerləri tutan ölkələr çoxlarını təəccübləndirib. Trending Economics-in BVF-nin məlumatları əsasında tərtib etdiyi siyahıya əsasən, son 5 ildə ən sürətlə inkişaf edən 9 ölkə təqdim olunub. Maraqlıdır ki, dünyanın ən böyük iqtisadiyyatına malik G-20 ölkələrindən yalnız Türkiyə siyahıya adını yazdıra bilib.
Son 5 ildə ən sürətlə inkişaf edən 9 ölkə aşağıdakılardır:
9. Türkiyə 73,9 faiz, 8. Albaniya 74,9 faiz, 7. Haiti 77,4 faiz, 6. Qırğızıstan 86,6 faiz, 5. Ermənistan 87,5 faiz, 4. San Tome və Prinsipi 91,3 faiz, 3. Gürcüstan 91,4 faiz, 2. Qvineya 91,6 faiz və 1. Qayana 376,6 faiz.
Yəni Güney Amerika ölkəsi olan Qayananın iqtisadiyyatı son 5 ildə təxminən dörd dəfə güclənib.