EN

Türkiyə imzaladı: İsrailə qarşı beynəlxalq fəaliyyət planına qoşuldu

Türkiyə Haaqa Qrupunun Fövqəladə Nazirlər Konfransında qəbul edilən və İsrailə qarşı sanksiyaları ehtiva edən Boqota Birgə Bəyannaməsini imzalayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənədin 2 və 3-cü maddələrində BMT-nin Dəniz Hüququ Konvensiyasına istinad edildiyi üçün Ankara bu bəndlərə qeyd-şərt əlavə edib.

Məlumata görə, Türkiyə Respublikasının bu Birgə Bəyannaməyə qoşulması onun Konvensiya ilə bağlı mövcud hüquqi mövqeyində heç bir dəyişikliklə nəticələnməyəcək.

Bəyannaməyə İsrailə silah, döyüş sursatı, hərbi yanacaq və ikili təyinatlı məhsulların daşınmasına tam qadağa qoyulması daxildir. Həmçinin, imzalayan ölkələr tərəfindən İsraillə mövcud olan bütün müqavilələrin nəzərdən keçirilməsi və ləğvi, beynəlxalq hüquqi qurumlar tərəfindən İsrailə qarşı çıxarılan cəza və sanksiya qərarlarına tam əməl olunması kimi tədbirlər tələb olunub.

Chosen
13
publika.az

1Sources