EN

Kriptovalyutada SON VƏZİYYƏT

Nyu-York birjasında (NYSE American: MRT) listelenmiş Martı şirkəti, maliyyə strategiyasını dəyişdirərək nağd rezervlərinin təxminən 20%-ni Bitcoin kimi kriptovalyutalarda saxlayacağını açıqlayıb. Şirkət gələcəkdə bu payı 50%-ə qədər artırmağı da planlaşdırır.

News24.az xəbər verir ki, martı-nın açıqlamasına görə, bu qərar uzunmüddətli dəyər saxlama məqsədilə verilib və əməliyyat büdcəsinə təsir etməyəcək. Şirkət, gələcəkdə Ethereum və Solana kimi digər kripto aktivlərə də sərmayə yatırmağı istisna etmir.

Son dövrlərdə bir çox ABŞ şirkətləri kimi Martı da ənənəvi aktivlərlə yanaşı rəqəmsal aktivləri xəzinə idarəçiliyinə daxil edən ictimai şirkətlər sırasına qoşulub. Şirkət, kripto aktivlərini sistemli maliyyə risklərinə qarşı qoruma qalxanı kimi dəyərləndirir və bu varlıqların təhlükəsizlik, saxlanma və hesabat qaydalarına uyğun olaraq idarə olunacağını bildirib.

Martı-nın qurucusu və CEO-su Oğuz Alper Öktem açıqlamasında, bu strategiyanın inflyasiya və güclü valyutalarla bağlı risklərin artdığı bir dövrdə təhlükəsiz və balanslı xəzinə idarəçiliyi məqsədi daşıdığını vurğulayıb.

Xeyrənsə Piriyeva

Chosen
70
news24.az

1Sources