EN

Azərbaycan, Suriya, Türkiyə: geosiyasi mənzərəni dəyişən yeni enerji körpüsü

Bakı. Trend:

İki gün sonra Yaxın Şərq yeni bir mərhələyə qədəm qoyur. Bumərhələ, son onilliyin ən mühüm enerji layihələrindən biri olanAzərbaycan - Suriya - Türkiyə qaz dəhlizinin hazırlanması iləbaşlayacaq. Layihə çərçivəsində hər il 1,2 milyard kubmetrAzərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqli nəzərdətutulur.

Layihə sadəcə, regionun aktual enerji böhranını aradanqaldırmaqla kifayətlənməyəcək, həm də onun bərpasına ciddi təkanverecək, Türkiyənin əvəzolunmaz enerji qovşağı kimi mövqeyini dahada gücləndirəcək. Layihənin səthi təhlilri belə, onun iqtisadi,siyasi və humanitar ölçülərinin necə bir araya gəldiyini və bölgədəmövcud olan köhnə geosiyasi paradiqmaları necə sarsıtdığını aydınşəkildə ortaya qoyur.

Xatırladaq ki, Yaxın Şərq həm genişmiqyaslı geosiyasiqarşıdurmaların, həm də ağır humanitar böhranların mərkəzindədir.Fəqət bu xaosun fonunda konkret və praqmatik əməkdaşlıq xəttiformalaşmaqdadır: Azərbaycan - Türkiyə - Suriya. Məzkur üçtərəflioxun əsasını enerji sahəsində əməkdaşlıq təşkil edir. MəqsədAzərbaycanın təbii qazının faciəli, qanlı vətəndaş müharibəsindənsonrakı Suriyanın ərazilərinə, xüsusilə Hələb və Homs kimibölgələrinə çatdırılmasıdır. Sözügedən təşəbbüs kommersiya vətexniki aspektlərlə yanaşı, güclü humanitar və siyasi məzmundaşıyır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərbi Asiya üzrə İqtisadivə Sosial Komissiyasının (United Nations Economic and SocialCommission for Western Asia, ESCWA) tərəfindən yayımlanan hesabatdaqeyd olunur ki, Suriyanın enerji infrastrukturu 65 faizdən çoxdağılıb. Elektrik stansiyalarının 40 faizi bərpaolunmaz haldadır,30 faizi isə tam rekonstruksiyaya ehtiyac duyur. 2011-ci ildənəvvəl Suriya ildə təxminən 46 milyard kVt·saat elektrik enerjisiistehsal edirdi və bunun 65 faizi təbii qazın payına düşürdü. Bugün isə bu rəqəm 12 - 13 milyard kVt·saata enib və bu, hətta irişəhərlərin əsas ehtiyaclarını qarşılamaq üçün kifayət deyil.

BMT-nin Qida Proqramının yaydığı məlumata görə, ölkə əhalisinin72 faizi daimi olaraq elektrik enerjisi çatışmazlığından əziyyətçəkir, 38 faiz ev təsərrüfatı isə yemək bişirmək və qızınmaq üçünhələ də odun və ya kömürdən istifadə etməyə məcburdur. Belə birdurumda Azərbaycan qazının Suriyaya çatdırılması layihəsi sistemliəhəmiyyət qazanır. Bu artıq sırf kommersiya əməliyyatı deyil -cəmiyyətin sabitləşdirilməsi və iqtisadi dirçəlişin əsaslarınınqurulması üçün mühüm bir vasitədir.

Azərbaycanın təbii qazının Suriyaya nəqli hazırda mövcud olanmagistral boru kəmərləri vasitəsilə həyata keçiriləcək: CənubiQafqaz boru kəməri (Bakı - Tbilisi - Ərzurum), TANAP və Türkiyənindaxili BOTAŞ sistemləri. Əsas nəql marşrutu isə Suriyaya yaxın olanKilis bölgəsi üzərindən keçəcək modernləşdirilmiş kəmərdir.

Türkiyənin Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ilinyazında başa çatan modernləşdirmə işləri nəticəsində Kilis xəttininsutkalıq ötürmə gücü 3 milyon kubmetrdən 4,8 milyon kubmetrəçatdırılıb. Bu isə ildə 1,2 milyard kubmetr qaz nəqlinə imkan verirki, bu da Hələb və Homs kimi bölgələrin müharibədən əvvəlkiehtiyaclarına bərabərdir.

Yeni boru kəməri çəkməyə ehtiyac olmadığı və AzərbaycanlaTürkiyə arasında artıq mövcud olan razılaşmalar sayəsində layihəninreallaşması həm daha sürətli, həm də daha az xərcli baş verir. Buisə Suriyada enerji çatışmazlığının fonunda prosesin ləngiməsinəyol vermir.

Ölkəmiz üçün bu layihə təkcə qaz ixracının genişlənməsi deyil,həm də ölkənin regional sabitlik təminatçısı və praktiki həllərtəklif edən oyunçu kimi rolunu nümayiş etdirməkdir. Qərb qazbazarlarının ekoloji məhdudiyyətlər və LNG rəqabəti iləsıxışdırıldığı bir dövrdə Suriya kimi qeyri-standart, lakin enerjiehtiyacı yüksək olan bazarlara çıxış ağıllı və uzaqgörən addımsayılır.

Azərbaycan təkcə qazla təminat funksiyasını deyil, həm dəSuriyada qazın bölgüsünün koordinasiyasında iştirak edir. Bu işlərBOTAŞ və BMT-nin müvəqqəti koordinasiya strukturları ilə birgəhəyata keçirilir. Beləliklə, Bakı özünü etibarlı və humanisttərəfdaş kimi təqdim etməyi bacarır.

Azərbaycan qazının Suriyaya nəqli layihəsi milyonlarla insanınhəyat şəraitini dərhal yaxşılaşdırmaq gücündə olan azsaylıkonstruktiv təşəbbüslərdəndir. Bu, iqtisadi vasitələrlə humanitarməqsədlərə çatmağın model nümunəsidir.

Sadəcə, bir fakt: Hələbdəki tibb müəssisələrinə sabit enerjiverilişi bərpa olunarsa, 17 doğum şöbəsi və reanimasiya bloku 24saatlıq fəaliyyətə qaytarıla bilər.

Enerji ilə bağlı konkret faydalarla yanaşı, layihə mühümregional ölçüyə də malikdir. Türkiyə tranzit ölkə kimi bu prosesdəiştirak etməklə Suriya gündəmini, o cümlədən kürd məsələsini vəmüharibədən sonrakı quruculuq mərhələlərini formalaşdırmaqbaxımından əlavə təsir aləti əldə edir. Azərbaycan isə Türkiyə iləenerji ittifaqını daha da möhkəmləndirərək, münaqişələrdən zərərçəkmiş bölgələrin bərpasında iştirak etmə qabiliyyətini nümayişetdirir. Bu isə Bakı üçün İƏT və BMT kimi beynəlxalq platformalardauzunmüddətli siyasi kapital formalaşdırır.

Təbii ki, layihə tamamilə risklərdən sığortalanmayıb. BurayaSuriyanın şimal bölgələrində davam edən qeyri-sabitlik, terrorçukürd qruplaşmaları sabotaj təhlükəsi və eləcə də ölkə daxilindəkimürəkkəb logistik şərait daxildir. Lakin Beynəlxalq EnerjiAgentliyinin hesabatına əsasən, BMT-nin dəstəyi ilə Suriyahakimiyyəti artıq Homs və Hələb ətrafındakı qaz nəqliinfrastrukturunun inventarizasiyasını yekunlaşdırıb və 2025 -2026-cı illər üçün bərpa planı hazırlayıb.

Təhlükəsizlik sahəsində də ümidverici siqnallar var. BMT-ninOperativ Monitorinq Mərkəzinin iyul hesabatına görə, son 5 ayərzində qaz nəqli marşrutu üzərində kritik infrastruktur üçüntəhlükə yaradan heç bir ciddi hadisə qeydə alınmayıb.

Ümumiyyətlə, Azərbaycan- Türkiyə- Suriya enerji layihəsi təkcəyeni nəqliyyat xətti və ya infrastruktur təşəbbüsü deyil. Bu layihəYaxın Şərq və Cənubi Qafqazda enerji, siyasət və geoiqtisadiyyatsahələrində baş verən dərin transformasiyaların göstəricisidir.Onun əsasını pafoslu bəyanatlar yox, sağlam hesablamalar,praqmatizm və post-böhran dünyasında iqtisadi əlaqələrindiversifikasiyası ehtiyacı təşkil edir.

... Son iyirmi ildə Avropanın əsas enerjitərəfdaşlarından birinə çevrilmiş Azərbaycan indi Şərqi Aralıqdənizi və Yaxın Şərq istiqamətində təsirini artırmağa doğru inamlaaddımlayır. SOCAR-ın məlumatına əsasən, 2024-cü ildə Azərbaycandaqaz hasilatı 48,1 milyard kubmetrə çataraq ölkə tarixində rekordnəticə olub. Bu həcmin 23 milyard kubmetrdən çoxu ixraca yönəlib, ocümlədən 11,9 milyard kubmetr Cənub Qaz Dəhlizi vasitəsilə Avropayanəql olunub (Azərbaycan Energetika Nazirliyinin 2025-ci ilin marthesabatı).

Suriyaya çıxış yeni bazarlara və marşrutlara yol açır. Bu,xüsusilə Avropada daxili istehlakın artması və mövcud infrastrukturçərçivəsində əlavə ixrac imkanlarının məhdudlaşdığı şəraitdə Bakıüçün strateji önəm daşıyır.

Ankara bu layihənin əsas benefisiarı və logistik mərkəzidir.Hazırda Türkiyə Azərbaycan qazının Avropaya boru kəmərləri iləçatdırılan ümumi həcmin 50 faizindən çoxunu qəbul edir. Hatay və yaQaziantəp vasitəsilə Suriyaya yönələcək yeni xətt (TPAO və BOTAŞ-ınilkin layihə qiymətləndirmələrinə əsasən) təkcə tranzit gəlirləriilə deyil, həm də Türkiyənin regional enerji mərkəzi statusunumöhkəmləndirməsi baxımından əhəmiyyətlidir. Türkiyə EnerjiAraşdırmaları İnstitutunun (TENVA) hesablamalarına görə, Suriyayaqaz tədarükünün illik həcmi 2027-ci ilə qədər 3 milyard kubmetrəçata bilər və tranzitdən Türkiyə büdcəsinə illik gəlirlər 180milyon dollardan çox ola bilər.

Bundan əlavə, layihə Türkiyənin siyasi nüfuzunu da artırır.Yaxın Şərqdəki qeyri-sabit fon şəraitində Ankaranın hərbi,humanitar və diplomatik səylərlə uzlaşan infrastruktur layihələrihəyata keçirmə qabiliyyəti onun sistemli yanaşmasınıngöstəricisidir. Energetika naziri Alparslan Bayraktar iyun ayındaAnadolu agentliyinə verdiyi müsahibədə bildirmişdi: “Türkiyə artıqsadəcə boru kəməri keçən ərazi deyil, bütöv regionların enerjisiyasətinin formalaşdığı məkan halına gəlir.”

Dəməşq üçün bu layihə həyat təminatının əsaslarını yenidən işəsalmaq imkanıdır. Suriyanın Neft və Faydalı Qazıntılar Nazirliyininməlumatına görə, ölkə 2024-cü ildə cəmi 2,5 milyard kubmetrdən azqaz hasil edib ki, bu da daxili tələbatın yarısını belə ödəmir.Elektrik stansiyalarının 70 faizindən çoxu ya tam dayandırılıb, yada məhdud rejimdə çalışır. Hətta 1,5 - 2 milyard kubmetrlik əlavəqaz mənbəyi vəziyyəti kökündən dəyişə bilər.

Burada söhbət təkcə enerji təchizatından getmir. Xüsusən Homs,Hələb və Deyr əz-Zor kimi şəhərlərdə sement, şüşə və metallurgiyasahələrinin bərpası ucuz və dayanıqlı yanacaqla birbaşa bağlıdır."Al-Watan" qəzetində yayımlanmış hesablamalarında suriyalıiqtisadçı Faruq əl-Xalidinin fikrincə, hər 1 milyard kubmetr qaztəxminən 15 iri sənaye müəssisəsinin fəaliyyətini bərpa etməyə və40 min yeni iş yerinin açılmasına imkan verə bilər.

Bundan başqa, bu, ciddi humanitar aspekt daşıyır. Suriyada hələdə 6,8 milyondan çox daxili məcburi köçkün var. Kommunal və enerjiinfrastrukturunun bərpası onların geri dönüşü üçün əsas təşviqmexanizmidir. Beynəlxalq Miqrasiya Təşkilatının iyun ayında yaydığıhesabatda da vurğulanır ki, “enerji sabitliyi - davamlı bərpaprosesinin təməl daşıdır.”

Azərbaycan - Türkiyə - Suriya qaz boru kəməri layihəsi sırfiqtisadi faydalarla məhdudlaşmır - onun strateji nəticələri dahageniş və əhatəlidir. İlk növbədə, bu layihə Rusiyanın və İranınSuriyanın enerji təminatındakı inhisarını zəiflədir. Hər iki ölkəhərbi və siyasi sahədə güclü mövqelərini qorusa da, yeni marşrutDəməşqə alternativ təsir kanalını təqdim edir. Bu isə Suriyanınxarici siyasətini balanslaşdırmağa və onun köhnə havadarlardanasılılığını azaltmağa imkan yaradır.

İkincisi, layihə Suriyanın beynəlxalq siyasi sistemə qayıdışıistiqamətində real addım sayılır. Formal olaraq sanksiyalar qüvvədəqalsa da, Türkiyə və Azərbaycan kimi Avropa İttifaqı, NATO, İƏT vəOPEK+ ilə sıx əlaqələri olan dövlətlərlə birgə infrastrukturlayihəsində iştirak Dəməşqi yenidən diplomatik platformalarayaxınlaşdırır. 2025-ci ilin iyulunda Aİ Türkiyə və Azərbaycannümayəndələri ilə qazın humanitar cəhətdən həssas zonalarda bölgüsüilə bağlı qeyri-rəsmi məsləhətləşmələr aparmışdır.

Üçüncüsü, layihə miqyas baxımından genişlənmə potensialınamalikdir. Boru kəmərinin Livan, İordaniya və hətta Misirin şimalınauzadılması barədə müzakirələr artıq Ərəb Dövlətləri Liqasının iyulayındakı qapalı məsləhətləşmələrində gündəmdədir. Bu isəAzərbaycanı təkcə qaz ixracatçısı deyil, strateji tərəfdaşstatusuna yüksəldə biləcək yeni enerji oxunun yaradılmasına gətiribçıxara bilər.

Texniki risklər də diqqətdən kənarda deyil. Layihənin tam həyatakeçirilməsi üçün Suriyada ən azı 220 km, Türkiyədə isə 75 km yeniboru kəmərinin tikintisinə ehtiyac var. Mühəndis-axtarış işləriyalnız bu ilin mayında başlanıb və ən nikbin ssenariyə əsasənistifadəyə verilmə 2027-ci ilin sonuna qədər mümkün deyil.

Azərbaycansa ixrac imkanlarını möhkəmləndirir və siyasi təsircoğrafiyasını genişləndirir. Türkiyə logistik mərkəz kimi rolunuartırır və infrastruktur gücünə çevrilir. Suriya isə həyat təminatısahələrinin bərpası və sosial sabitliyə dönüş fürsəti əldəedir.

Azərbaycan - Türkiyə - Suriya layihəsi sadəcə bir boru kəmərideyil. Bu, siyasi transformasiyanın, enerji suverenliyinin vəgeoiqtisadi inteqrasiyanın xəttidir. Parçalanmış dünyanın vəölkələrarası inamsızlığın hökm sürdüyü bir dövrdə bu layihə sübutedir ki, praqmatik yanaşma bərpa və inkişaf üçün real zəmindir.Layihə bərpa, əməkdaşlıq və praqmatik diplomatiya simvoludur.2025-ci ilin avqustundan etibarən Azərbaycan qazı Hələb və Homsşəhərlərinə çatmağa başladıqda, regionun tarixində yeni bir fəsilaçılacaq. Bu təşəbbüs göstərir ki, mürəkkəb geosiyasi mənzərədəortaq maraqların və qarşılıqlı faydalı layihələrin axtarışıdayanıqlı sülhə və rifaha aparan yeganə yoldur.

Türkiyə - əsas enerji qovşağı rolunda, Azərbaycan - etibarlıtəchizatçı kimi, Suriya isə bərpa yolunda ilk addımlarını ataraq -birlikdə yeni bir regional qarşılıqlı fəaliyyət paradiqmasınıformalaşdırırlar. Bu paradiqma, şübhəsiz ki, beynəlxalq ekspertlərvə qərarvericilər tərəfindən uzun illər analiz ediləcək.

Bu layihə təkcə suriyalıların evlərinə işıq və istilik gətirmir.O, həm də Yaxın Şərqdə sülh yolu ilə inkişaf və regionalinteqrasiyanın mümkünlüyünə işıq salır. Azərbaycanındiversifikasiya olunmuş enerji siyasəti və etibarlı tərəfdaşlıqlarısayəsində bu layihə sadəcə resurs ixracı deyil, həm də sabitliyinixracına çevrilir. Humanitar fəlakətlərin dərinləşdiyi bir dövrdə,bu kimi təşəbbüslər artıq yalnız iqtisadi deyil - yeni,məsuliyyətli geosiyasətin göstəricisinə çevrilir.

Chosen
35
5
az.trend.az

6Sources