EN

Universitetlərə qəbulla bağlı müsabiqənin nəticələri BU TARİXDƏ açıqlanacaq - RƏSMİ

"Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqənin nəticələri gələn ayın axırı elan oluna bilər".

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
 

"Builki ixtisas seçimində 60 mindən artıq plan yeri elan olunub və 126 918 nəfər qeydiyyatdan keçib. Hazırda I-IV ixtisas qrupları üzrə qabiliyyət imtahanları və apellyasiyalar davam edir.


Bu proses yekunlaşdıqdan sonra ixtisas seçimi ilə bağlı "Abituriyent" jurnalının 4-cü nömrəsi çap olunacaq”.

Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media

Chosen
61
4
bizim.media

10Sources