"Plastikdə olan bəzi maddələr daxili orqanların sağlamlığına mənfi təsir göstərir".
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, rusiyalı dietoloq Anton Polyakov deyib.
Onun sözlərinə görə, plastik butulkaların 99,9 faizi polietilendən hazırlanır: "Bu material zamanla köhnəlir və zərərli ftalatlar ayrılmağa başlayır. Bu maddələr endokrin sistemi pozan maddələrdir və qalxanabənzər vəz, cinsi sistem və digər daxili orqanların fəaliyyətinə mənfi təsir göstərir”.
Bundan əlavə, o bildirib ki, plastik qızdırıldıqda ftalatların ayrılması daha da sürətlənir. Məsələn, plastik qabdakı su radiatorun yanında, isti otaqlarda saxlanıldıqda və ya mağazada günəş şüası düşən vitrinlərdə yerləşdirildikdə, bu maddələrin miqdarı əhəmiyyətli dərəcədə artır. Həkim içkiləri şüşə qabda almağı tövsiyə edib.
Həmidə İbrahimova