EN

Zelenskiyə qarşı etirazlar ALOVLANDI – Ukrayna üçün “II Maydan” SSENARİSİ

Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski etirazlara və Avropadakı müttəfiqlərinin tənqidlərinə baxmayaraq, iki mühüm antikorrupsiya qurumuna qarşı məhdudiyyətləri sərtləşdirən qanun layihəsini imzalayıb.

Bu isə Ukraynada Zelenskiyə qarşı etirazların alovlanmasına səbəb olub.

İyulun 22-də yüzlərlə ukraynalı Kiyevin mərkəzində etiraz aksiyası keçirərək Zelenskidən qanun layihəsinə veto qoymağı tələb ediblər. Anoloji etiraz aksiyaları Ukraynanın Dnepr və digər şəhərlərində də baş verib.

Bu fonda Türkiyənin köşə yazarı Erhan Kuadzba isə bildirib ki, Ukrayna xalqı prezidentlik müddəti çoxdan başa çatmış, Zelenskidən yorulub. Ukraynada tezliklə qərbyönlü müxalifət blokları yaranacaq, siyasi xaos güclənəcək.

Görünən odur ki, Ukraynada Zelenskiyə qarşı etirazlara start verilir.

Bu fonda görəsən, “II Maydan” baş verə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu düşünür ki, Ukraynada “II Maydan”ı şərtləndirən bir sıra amillər mövcuddur:

“3 ildən çoxdur müharibə aparan bir ölkədə birdən-birə antikorrupsiya qurumuna qarşı məsulliyyəti şərtləndirən qanun layihəsinin qəbulunun hansı zərurətdən yarandığı bir qədər sual doğurur. Amma bir ölkənin Prezidenti bunu zəruri hesab edirsə, o, onun doğuracağı nəticələri də əvvəlcədən hesablamalı idi. Düşünürəm ki, hansısa bir siyasi qərar kim tərəfindən qəbul edilirsə, o da mütləq onun siyasi karyerasına təsir göstərir. Bu mənada Zelenski də istisna deyil.

Ukraynada kifayət qədər mürəkkəb vəziyyət formalaşıb.

Müharibə bitmək bilmir. Əksinə, ABŞ Prezidentinin son açıqlamalarından sonra müharibədə yeni fərqli bir mərhələnin başlayacağı ehtimal edilir”.

Bu kontekstdə həmsöhbətimiz məsələ ilə bağlı nəzərə baxımdan iki məsələni önə çəkir: Birincisi, Zelenski ərazi güzəştinə getmədiyinə görə cəzalandırılır.

Bəzi mənbələrə istinadən deyə bilərik ki, ABŞ-la Qərb Kiyevdən Luqansk, Donetsk, Zaporejye, Xerson və Sumı vilayəti daxil Ukraynanın 5 vilayətinin Rusiyaya güzəştə getməsini istəyir. Belə olan halda bu Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması üçün Qərbin tələsi də ola bilər. Yeni gələn siyasətçi isə yeni reallıqda hakimiyyətə gəldiyi üçün həmin şərtləri qəbul etməklə bütün bu hadisələrin məsuliyyətini Zelenskinin üzərinə ata bilər”.

Başqa bir tərəfdən, deputatın fikrincə, Qərb müharibənin miqyasının daha da genişlənməsi üçün yeni siyasətçini iqtidara gətirmək niyyətinə də düşə bilər:

“Qərb bu günə qədər çalışıb ki, Zelenski Ukraynada hərbi çağırış yaşını 18 yaşa endirsin. Lakin Zelenski hələ də buna qarşıdır. Bu əsasda da Qərb həmin istəyini də reallaşdıracaq yeni siyasətçini hakimiyyətə gətirə bilər ki, müharibənin miqyası daha da dərinləşsin. Hadisələrin bundan sonrakı inkişafı söylədiyim bu iki ehtimal üzərində proqnozların hansının daha doğru olduğunu göstərəcək. Amma bütün hallarda proses Zelenskinin xeyrinə deyil”.

Rüfət Sultan, Bizim.Media

Chosen
27
bizim.media

1Sources