EN

Rusiya ordusu Ukraynanın üç vilayətində irəliləyir

BAKI, 30 iyul. TELEQRAF

Rusiya qoşunları son 24 saat ərzində bir neçə yaşayış məntəqəsində irəliləməyə nail olub. Söhbət Donetsk, Zaporojye və Dnepropetrovsk vilayətlərindən gedir.

Teleqraf xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiya ordusu Donetsk vilayətinin Razino, Oleksandroqrad, Yablunivka, həmçinin Zaporojye vilayətinin Temirivka yaşayış məntəqələrində yaxınlığında irəliləyib.

“Bundan əlavə, düşmən Dnepropetrovsk vilayətinin sərhədində qələbə qazanıb - rusların Malivka kəndi ətrafında irəliləyişi qeydə alınıb”, - mənbə əlavə edib.

Chosen
21
teleqraf.com

1Sources