EN

DİM rəsmisi: Hər zaman imtahanların şəffaflığı üçün tədbirlər görürük

BAKI, 30 iyul. TELEQRAF

“Sosial şəbəkələrdə imtahan qaydalarını pozan şəxslərin ifşa olunmasına dair məlumatlar yayılır. Dövlət İmtahan Mərkəzi (DİM) hər zaman imtahanlarım şəffaflığı üçün tədbirlər görür”.

Teleqraf xəbər verir ki, bunu DİM-in aparat rəhbəri Vəfadar Misirov “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, imtahanlar bitdikdən sonra məlumatlar açıqlamır, press-reliz dərc edilir:

İmtahan qaydalarını pozanlar barəsində vaxtından yerindən asılı olmayaraq tədbirlər görülür.

Hüquq-mühafizə orqanlarına müraciət edilib, bir neçə abituriyent istintaqa cəlb edilib. Prosesin nəticələri barədə istintaq bitəndən sonra məlumat dərc ediləcək”.

Chosen
9
32
teleqraf.com

10Sources