EN

ABŞ-la Çin arasında Rusiyaya görə qarşıdurma: Pekin “yox” dedi, Vaşinqton...

Çin tərəfi Rusiyadan neft idxalını dayandırmaqdan imtina edərək Amerikanın təzyiqinə sərt cavab verib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” danışıqların nəticələrinə istinadən məlumat yayıb.

ABŞ-ın maliyyə naziri Skott Bessent deyib ki, Çin nümayəndələri görüş zamanı öz mövqelərini açıq şəkildə ifadə ediblər: Pekin ABŞ-ın sərt ticarət məhdudiyyətləri tətbiq etmək hədəsinə baxmayaraq, enerji müstəqilliyini müdafiə etmək və neft sektorunda Moskva ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Amerikalı nazirin sözlərinə görə, Çin nümayəndə heyəti vurğulayıb ki, enerji təchizatı məsələləri Çinin daxili səlahiyyətindədir və Pekin kiminlə və hansı şərtlərlə alış-veriş edəcəyini müstəqil şəkildə müəyyənləşdirəcək. Çin xatırladıb ki, enerji sahəsində özünün strateji maraqları olan müstəqil dövlətdir.

Bessent həmçinin qeyd edib ki, Çinin mövqeyi son dərəcə sərtdir: onlar suverenlik prinsiplərinə güzəştə getməmək üçün həddindən artıq tədbirlər görməyə, o cümlədən 100 faiz rüsum ödəməyə hazır olduqlarını açıq şəkildə bəyan ediblər. Onun sözlərinə görə, Çin rəhbərliyi ölkənin daxili işlərinə qarışmaq cəhdlərinə son dərəcə həssas yanaşır.

Stokholmdakı danışıqlar zamanı Amerika nümayəndə heyəti Konqresdə nəzərdən keçirilən yeni qanun layihəsinə diqqət yetirib və onun Donald Tramp tərəfindən imzalanacağı təqdirdə Ağ Evə Rusiyadan sanksiyalara məruz qalan neft tədarüklərinə 500%-ə qədər tariflər tətbiq etmək səlahiyyəti verəcək.

Bessentin vurğulayıb ki, sanksiyalara məhəl qoymayaraq Rusiya neftini almağa davam edən hər bir ölkə ABŞ-ın bu cür radikal addımlarına hazır olmalıdır. Bu, ilk növbədə, Rusiyanın enerji resurslarının ən böyük idxalçısı olan Çinə aiddir.

Chosen
23
1
publika.az

2Sources