ASTARA, 30 iyul. TELEQRAF
İntihar etdiyi ehtimal olunan Astaranın Kakalos kənd sakini, 1970-ci il təvəllüdlü Xalidə Manafovanın qətlə yetirildiyi üzə çıxıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, dünən axşam saatlarında Xalidə Manafovanın üzərində kəsici-deşici xəsarətlər olan meyiti aşkar edilib.
Qadının intihar etdiyi güman edilsə də, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən müəyyən olunub ki, onu yaşadığı evdə gəlini, 2004-cü il təvəllüdlü Rufanə İmanova ailə münaqişəsi zəminində kəsici alətlə qətlə yetirib.
R.İmanova saxlanılaraq istintaqa təhvil verilib.