EN

Bakıya gələn yeni səfirin bu görüntüsü maraqla qarşılandı - Video

İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri Ronen Krausz Azərbaycana gəlib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İsrailin Azərbaycandakı Səfirliyi “X” hesabında paylaşım edib.

“Hamımız onu ürəkdən salamlayır və ona gələcək fəaliyyətində uğurlar arzu edirik”, - paylaşımda deyilir.

Videoda yeni səfir Azərbaycan milli geyimində İsrailin xalqımıza salamlarını çatdırıb. Onun bu görüntüsü maraqla qarşılanıb.

Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri Corc Dikin missiyası başa çatıb. O, Bakıdakı vəzifəsinə 2019-cu ildə başlamışdı.

İsrail bu ilin yanvarında Ronen Krausu Azərbaycana yeni səfir təyin edib.

 

Chosen
59
1
qafqazinfo.az

2Sources