"Biz Almaniya olaraq, Fələstin dövlətini bu cür danışıqların sonunda tanımağa üstünlük verəcəyimizi bəyan etmişik. Bu, bizim mövqeyimiz olaraq qalır. Ancaq görürük ki, İsrailin hazırkı siyasəti əks istiqamətdə irəliləyir", – deyə Florian Han bildirib.
Ajans.az xəbər verir ki, Han bu fikirləri BMT-nin Nyu-Yorkda keçirilən Fələstin-İsrail münaqişəsinin həllinə dair konfransında çıxışı zamanı səsləndirib.