EN

FTB Epsteynin həbsdəki videosunu tapdı

BAKI, 30 iyul. TELEQRAF

ABŞ-nin Federal Təhqiqatlar Bürosu ( FTB ) amerikalı maliyyəçi Cefri Epşteynin həbsxana kamerasında çəkilmiş videogörüntülərini tapıb.

Teleqraf xəbər verir ki, bu barədə FTB-də işləyən mənbə "Daily Mail"ə bildirib.

Video Cefri Epşteynin kamera intihar etdiyi zamanı əhatə edir. Əvvəl bu görüntülər ortada yox idi və bu da müxtəlif suallar doğururdu. Bəzi versiyalara görə, Epşteyn intihar etməyib, onu öldürüb intihar görüntüsü yaradıblar.

Rəsmi versiyaya görə, Cefri Epşteyn 2019-cu il avqustun 10-da intihar edib. FTB-nin apardığı araşdırmanın nəticələri də maliyyəçinin özünü öldürməsi faktını təsdiqləyib .

Qeyd edək ki, Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın "dəvət edildiyinə dair" sübutlar aşkarlayıblar. Epşteynin dostları arasında təkcə ABŞ-dən deyil, həm də bir çox başqa ölkələrdən olan siyasətçilər, sahibkarlar və şou-biznes ulduzları olub. ABŞ-də maliyyəçinin cinayət təqibi 2019-cu il avqustun 10-da, onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.

Tramp ötən il seçki kampaniyası zamanı dəfələrlə "Epşteyn işi" üzrə istintaq sənədlərinin məxfiliyini ləğv ediləcəyini və ifadələrin ictimaiyyətə açıqlanacağını vəd etmişdi.

Chosen
54
teleqraf.com

1Sources