EN

Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib

Bakı. Trend:

İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova Cenevrəyəişgüzar səfəri çərçivəsində Parlament Sədrlərinin VI DünyaKonfransında iştirak edib.

Trend xəbər verir ki,tədbirdə çıxış edən Milli Məclisin sədri konfransınparlamentlərarası əməkdaşlıq üçün gələcək gündəliyin müəyyənolunmasına kömək etdiyini bildirib.

Spiker Sahibə Qafarova təəssüflə qeyd edib ki, son konfransdanbəri dünya bir sıra mənfi dəyişikliklərə məruz qalıb. Əvvəlkikonfransda əsas diqqət COVID-19 və onunla necə mübarizə aparılmasıməsələlərinə yönəlmişdisə, bu gün qlobal problemlərin sayı,mürəkkəbliyi daha da artıb və bu da təxirəsalınmaz və qətiyyətlitədbirlər görülməsini zəruri edir. Sahibə Qafarovanın sözlərinəgörə, bir çox hallarda əlaqələndirilmiş cavabların olmamasıproblemlərin daha da pisləşməsinə səbəb olur. Nəticədə bugünküdünya daha da parçalanıb, gərginliklər artıb, tərəqqi daha daazalıb. Bu narahatedici reallığın kökündə çoxtərəfliliyin əsasınıtəşkil edən səmərəli beynəlxalq əməkdaşlığın və həmrəyliyinaşınması dayanır. Biz yalnız kollektiv fəaliyyət və birgəməsuliyyət yolu ilə qlobal təhlükələrin öhdəsindən gələ biləcəyimizanlayışından uzaqlaşırıq.

Milli Məclisin sədri çıxışında BMT-də islahatlar mövzusuna datoxunaraq bildirib ki, BMT-nin mərkəzində dayandığı güclü vəinklüziv çoxtərəfli sistem bütün problemlərə real və uzunmüddətlihəlləri təmin etmək imkanına malikdir. Bununla belə, BMT sistemindəeffektiv şəkildə islahatların aparılması ilə bağlı müzakirələr hələdə davam edir. Hər hansı islahat yalnız bəzi dövlətlərin deyil,bütün ölkə və xalqların səsinin eşidildiyi sistemin yaradılması ilənəticələnməlidir. Beynəlxalq hüquq normaları və prinsipləriqorunmalı, ikili standartlar rədd edilməli, qəbul edilmiş qərarlarhəyata keçirilməlidir. Yalnız bu şərtlər altında hamı üçün sülh,ədalət və rifahın təmin edilməsi məqsədlərinə nail olmaqmümkündür.

Parlament diplomatiyasının artan əhəmiyyətindən danışan spikerSahibə Qafarova qeyd edib ki, parlamentlərimizin çoxtərəfliliyə vəəməkdaşlığa sadiq olduğunu görmək məmnunluq doğurur.Parlamentlərarası İttifaqın işində, o cümlədən bu konfransda fəaliştirak ortaq baxışımızı və qətiyyətimizi əks etdirir.

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın BMT ilə sıxəməkdaşlığını və parlamentlərin səsinin qlobal müzakirələrdəeşidilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirib, bununlabelə, daha çox işlərin görülməli olduğunu bildirib.

O qeyd edib ki, milli parlamentlər çoxtərəfli sistemin əsasiştirakçılarından birinə çevrilməlidir. Çünki istənilən uğursuzluq,ilk növbədə, xalqlarımıza təsir göstərir. Onların seçilmişnümayəndələri olaraq, parlamentarilər çoxtərəfliliyinyenilənməsində birbaşa iştirak etməlidirlər.

Sahibə Qafarova bildirib ki, hamı üçün sülh, ədalət və rifahıntəmin edilməsi yalnız təsisatlar və razılaşmalarla məhdudlaşmır.Bunun kökündə insanlar arasında etimad, inam və qarşılıqlıanlaşmanın yaradılması dayanır.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan “BakıProsesi”nin bir parçası olan “Ümumdünya Mədəniyyətlərarası DialoqForumu” BMT tərəfindən mədəniyyətlərarası dialoqun əsas qlobalplatformalarından biri kimi tanınıb.

Spiker Sahibə Qafarova qeyd edib ki, ötən ilin mayında keçirilənbu Forumun VI sessiyası çərçivəsində Azərbaycan parlamentitərəfindən Parlamentlərarası Konfrans təşkil olunub. Bu da qeydolunan sahədə aparılan müzakirələrdə parlament perspektivini təminedib.

Bunu nəzərə alaraq, Milli Məclisin sədri mədəniyyətlərarasıdialoq mövzusunu Parlamentlərarası İttifaqın gələcək gündəliyinə vəfəaliyyətinə daxil etməyi təklif edib.

Chosen
7
36
az.trend.az

10Sources