Sasseks hersoginyası Meqan Markl şəxsi layihələrinin gözlənilən nəticələri verməməsindən sonra karyerasında yeni mərhələ üçün axtarışdadır.
Valyuta.az xəbər verir ki, "Netflix" platforması ilə Markl və həyat yoldaşı Şahzadə Harri arasında imzalanmış 100 milyon dollarlıq müqavilə ləğv olunub. Məlumata görə, müqavilənin dayandırılması Markl üçün gözlənilməz olub və onu gələcək planlarını yenidən nəzərdən keçirməyə vadar edib.
Mənbələr qeyd edir ki, Sasseks hersoginyası ictimai diqqətdən kənarda qalmaq istəmir və populyarlığını qorumaq üçün yeni mediada çıxış yolları axtarır. Bildirilir ki, Markl ABŞ-da yayımlanan məşhur "The View" proqramında aparıcılıq etməyə maraqlıdır, lakin bu istiqamətdə konkret razılaşma mövcud deyil.
DigÉ™r mÉ™lumatlara É™sasÉ™n, "Netflix" ÅŸirkÉ™ti “çoxdan bu cütlükdÉ™n faydalana bildiyi qÉ™dÉ™r faydalandığını” düşünÉ™rÉ™k É™mÉ™kdaÅŸlığı davam etdirmÉ™mÉ™yi qÉ™rara alıb. ÅžirkÉ™t nümayÉ™ndÉ™lÉ™ri hesab edirlÉ™r ki, Marklın É™sas diqqÉ™ti artıq "As Ever" adlı hÉ™yat tÉ™rzi brendi üzÉ™rindÉ™ cÉ™mlÉ™nib.
Bəzi mənbələr isə bildirir ki, Meqan və Harri bu qərardan narazı qalıblar. Onlar müqavilədən əldə olunacaq gəlirlə 29 milyon dollarlıq malikanələrini və böyük personal xərclərini qarşılamağı planlaşdırırdılar.
Hazırda Marklın hansı istiqamətdə irəliləyəcəyi və növbəti addımının nə olacağı hələlik məlum deyil. Lakin onun yenidən ictimai və media məkanında yer almağa can atdığı görünür.