EN

Azərbaycanla BƏƏ şirkəti arasında logistika sahələrində əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Azərbaycanla "Abu Dhabi Ports Group" şirkəti arasında gəminəqliyyatı, gəmiqayırma və logistika sahələrində əməkdaşlıqmüzakirə edilib.

Trend xəbərverir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Dünyanın aparıcı ticarət, logistika və dənizçilikşirkətlərindən olan "Abu Dhabi Ports Group"un nümayəndələri iləgörüş keçirdik. Görüş zamanı şirkətlə gəmi nəqliyyatı, gəmiqayırmavə logistika sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik", -deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, "Abu Dhabi Ports Group" Birləşmiş ƏrəbƏmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən dövlətə məxsus birlogistika, liman və ticarət şirkətidir. Bu qrup "Abu DhabiDevelopmental Holding Company" (ADQ) tərəfindən idarə olunur vəBƏƏ-də və daha geniş bölgədə ticarət və logistikanın inkişafındamühüm rol oynayır.

Chosen
14
1
az.trend.az

1Sources