EN

Dream Fest rusiyalı ulduzlardan və rus şou biznesindən azad oldu

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Biz yenə də əsl mahiyyəti bir kənara atıb, sosial şəbəkələrdə xırda məsələlər barədə danışırıq: kim nə geyindi, kim nə dedi, kimə nə irad bildirdi. Beləcə həm özümüzü, həm də fikirlərimizlə razı olmayan qarşı tərəfi qıcıqlandırıb əsəbləşdiririk.Bakıda növbəti, el arasında "Jara” kimi tanınan "Dream Fest" festivalı keçirildi. Mən də bu festivalda "Miri Yusif” komandası ilə birlikdə iştirak etdim.Amma gəlin yenə mahiyyətə qayıdaq. Söhbət kimin nə geyindiyindən, o geyimin kim tərəfindən bəyənilməsindən və ya bəyənilməməsindən getmir. Haşiyəyə çıxım: 38 dərəcə istidə Justinin (Imagine Dragons-dan fərqli olaraq) qış kürkü ilə səhnəyə çıxmasını demək olar ki, heç kim müzakirə etmədi. Bəlkə də Justin yaxşı bilir ki, Vasmoyda necə davranmaq lazımdır.Əsl mahiyyət ondadır ki, builki "Jara”, yəni Dream Fest, rusiyalı ulduzlardan və rus şou-biznesindən azad oldu. Məncə, məhz buna görə əvvəlkilərdən daha canlı, daha maraqlı, daha özümüzə məxsus keçdi. Bu dəfə biz öz artistlərimizə daha çox səhnə, daha çox işıq, daha çox səs verdik. Və ən əsası – daha çox dəyər və mahiyyət. Söhbətə, müzakirəyə, hətta qalmaqala da səbəb elə öz artistlərimiz oldu.Nə olur olsun, bizimkilər "şimallılardan” geri qalmır. Üstəlik, bu sadəcə mədəniyyət məsələsi deyil. Biz bir daha sübut etdik ki, Rusiya olmadan da mövcud ola bilərik: həm səhnədə, həm zalda, həm də ümumiyyətlə bütün sahələrdə. Bizim öz ulduzlarımız yetişməlidir, öz sənətçilərimiz bu böyük səhnədə özlərini real ulduz kimi hiss etməlidirlər.İndi isə qayıdaq əsas mövzuya. Biz bir daha göstərdik ki, öz böyük səhnəmizdə özümüz ola bilirik.Məsələn, Türkiyədə klublarda və restoranlarda nadir hallarda xarici mahnı səslənir. Çünki onlarda öz sənətçilərinə inam və sevgi var. Bizdə də belə olmalıdır. Kim istəyir, buyursun gəlsin: rusiyalı artistlər də. Amma zalda oturub sakitcə baxsınlar. Çünki bu səhnə artıq bizə məxsus olmalıdır. Bu festivalın əsl mahiyyəti də elə budur.Emin Əfəndi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
azxeber.com

1Sources