EN

Musiqi sənəti istiqamətinə aid fənlər üzrə imtahanın nəticəsi açıqlanıb

Bakı. Trend:

27 iyul 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) alitəhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənətiistiqaməti üzrə ixtisasların Harmoniya və solfecio, Musiqinəzəriyyəsi və solfecio fənləri üzrə imtahan keçirib. İmtahanlarBakı, Gəncə, Naxçıvan şəhərlərində təşkil edilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahan nəticələriDİM-in internet səhifəsində yerləşdirilib.

Abituriyentlər imtahan nəticələri haqqında məlumatı mobiloperatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahanüçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 1064 nəfər iştirak edib.

“Harmoniya və solfecio”, “Musiqi nəzəriyyəsi və solfecio”fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıqtəqdim olunub.

Qeyd edək ki, qiymətləndirmə fənlərin hər biri üzrə 10 ballıqşkalada aparılır.

Doğru cavablandırılan tapşırıqların sayı

Qiymətləndirmə (balla)

28-30

10

25-27

9

22-24

8

19-21

7

16-18

6

13-15

5

10-12

4

7-9

3

4-6

2

1-3

1

0

0

İxtisaslar üzrə nəzəriyyə fənləri və müsabiqə balları burada təqdim olunub.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciətetmək istəyənlər 30 iyul saat 10:00-dan 31 iyul saat 17:00-dəkDİM-in saytında yerləşdiriləcək elektronərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilənmüddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçünmüraciət edə bilməyəcəklər.

Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir.Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqəmüzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxsmüzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqdamüzakirə prosesi dayandırılır.

Chosen
17
18
az.trend.az

10Sources