EN

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 29-dadavam etdirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilənaçıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfəqatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqivarislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını vəvəzifələrini izah edib.

Zərərçəkmiş şəxs İsa Kəlbiyevin hüquqi varisi - atası RəhimKəlbiyev ifadəsində övladının Kəlbəcər rayonunda Ermənistanordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələritərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Zərərçəkmiş şəxs Məhəmməd Xəlilinin hüquqi varisi - atası İlqarXəlilov övladının Xocavənddə düşmən tərəfindən açılmış atəşnəticəsində həlak olduğunu söyləyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsininşöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmişşəxs Kamran İsgəndərli Kəlbəcərdə Ermənistan ordusunun qalıqları vəqeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmışartilleriya mərmisinin yaxınlığında partlaması nəticəsində xəsarətaldığını deyib. O bildirib ki, hadisə zamanı daha üç nəfər həlakolub, yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarınıcavablandıran zərərçəkmiş Əlifəndi Fərziyev Xocalıda atılmışartilleriya mərmisinin partlaması nəticəsində xəsarətlər aldığınıqeyd edib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıranzərərçəkmiş Elgün Məmmədli Laçında Ermənistan ordusunun qalıqlarıvə qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşnəticəsində yaralandığını deyib. O əlavə edib ki, ayağındanyaralanıb və qapalı kəllə-beyin travması alıb.

Elçin İsmayılov ifadəsində düşmənin odlu silahdan açdığı atəşlərnəticəsində yaralandığını bildirib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıranzərərçəkmiş Nadir Rzayev Ağdərə istiqamətində Ermənistan ordusununqalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindənatılmış artilleriya mərmisinin partlaması nəticəsində xəsarətaldığını söyləyib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıranzərərçəkmiş Pənah Sadıxov Laçında düşmənin müxtəlif silahlardanaçdığı atəş nəticəsində yaralandığını diqqətə çatdırıb.

Nurlan İsmayılov ifadəsində Laçında düşmənin açdığı artilleriyaatəşi nəticəsində xəsarət aldığını qeyd edib. Vurğulayıb ki, həminvaxt ondan başqa daha iki nəfər xəsarət alıb, iki nəfər isə həlakolub.

Ələkbər Paşayev ifadəsində Kəlbəcərdə Ermənistan ordusununqalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşnəticəsində qapalı kəllə-beyin travması aldığını bildirib.

Təbriz Məmizadə ifadəsində Kəlbəcərdə açılmış atəş nəticəsindəxəsarət aldığını deyib.

Hacıbaba Quliyev isə Ağdamda Ermənistan ordusunun qalıqları vəqeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsindəsağ ayağından yaralandığını qeyd edib.

Zərərçəkmiş digər şəxslər Amin Rəhmətzadə, Murad Babazadə,Ceyhun Quliyev, Elçin Zeynalzadə, Ziyafəddin Ramazanov və ElnurBədəlov ifadələrində Ermənistan ordusunun qalıqları və qeyri-qanunierməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsindəxəsarət aldıqlarını söyləyiblər.

Məhkəmənin növbəti iclası avqustun 5-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Chosen
1
38
az.trend.az

10Sources