EN

Azərbaycanlı baş məşqçini sorğu-sual edəcəklər - Egey sahillərində

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək “Aris” – “Araz-Naxçıvan” oyunöncəsi mətbuat konfransının və açıq məşqin vaxtı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Elmar Baxşıyev iyulun 30-da, yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə saat 19:30) jurnalistlərin suallarını cavablandıracaq.

Saat 19:00-da isə ilk 15 dəqiqəsi KİV üçün açıq məşq start götürəcək. Mətbuat konfransı və açıq məşq Kleanthis Vikelidis stadionunda baş tutacaq.

"Araz-Naxçıvan” iyulun 29-da Bakı-Afina-Saloniki reysi ilə Yunanıstana yollanacaq. Bu komandalar arasında cavab oyunu isə iyulun 31-də, saat 22:15-də, Kleanthis Vikelidis stadionunda keçiriləcək.

Bakıda baş tutmuş matçda "Araz-Naxçıvan" 2:1 hesabı ilə qələbə qazanıb.

Chosen
80
21
sportinfo.az

10Sources