EN

“Qarabağ”ın oyununda anşlaq olacaq

Çempionlar Liqasında sabah keçiriləcək “Qarabağ” – “Şelburn” (İrlandiya) oyununa bilet satışı davam edir.

Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə artıq 19 500 bilet satılıb.

Batçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Oyun saat 20:00-da başlayacaq. Komandalar arasındakı ilk matçda “Qarabağ” qələbə qazanıb – 3:0.

Chosen
79
1
futbolpress.az

10Sources