EN

® OBA marketlər şəbəkəsi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılmasına investisiya yatırıb

“Veysəloğlu Şirkətlər Qrupu”na daxil olan OBA marketlər şəbəkəsi ölkəmizdə pərakəndə ticarətin inkişafına və müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına böyük önəm verir. Bu ildən etibarən OBA marketlər şəbəkəsi logistika sahəsində aparılan yeniliklərin bir hissəsi kimi 9000 ədəd rollkeyç (R/C) alaraq bu sahəyə 2 milyon manatdan çox investisiya yatırıb. Qeyd olunan addımla investisiya yatırılan alətlər vasitəsilə məhsul qəbul prosesləri daha da asanlaşdırılır və şəbəkə əməkdaşlarının iş yükünü azaldır. Rollkeyçlərin istifadəsi ilə məhsulların qəbulu daha sürətli və effektiv həyata keçirilir, əməkdaşların ağır yük daşıması azaldılır, nəticədə onların iş şəraitini daha təhlükəsiz və rahat edir.

Bu təşəbbüs OBA marketlər şəbəkəsinin insan əməyinə və əməkdaşlarına verdiyi dəyərin real göstəricisi kimi qiymətləndirilir. Şirkət işçilərinin rifahını və təhlükəsizliyini prioritet hesab edir və onların iş şəraitini yaxşılaşdırmaq üçün davamlı olaraq investisiyalar edir. Eyni zamanda, bu alətdən istifadə zamanı tədarük edilən məhsulun anbardan mağazaya qədər keyfiyyət standartlarının qorunması, məhsulun zədələnmədən ünvana çatdırılması və müştərilərimizin ixtiyarına verilməsi təmin olunur.

Xatırladaq ki, OBA marketlər şəbəkəsi dünyanın aparıcı şirkətlərini birləşdirən və pərakəndə ticarət sahəsində innovasiyaların müzakirə olunduğu “The Consumer Goods Forum” təşkilatının üzvüdür. Bu üzvlük şirkətin qlobal təcrübələri ölkəmizə gətirməsinə və beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə yaradır.

2016-cı ildən fəaliyyət göstərən “OBA Market” MMC hazırda ölkənin dörd bir yanında 10 mindən çox əməkdaşı ilə milyonlarla vətəndaşa xidmət göstərməyə davam edir.

https://youtube.com/shorts/SAN8naS48CI?si=S7j18__bdnMkVJA3

Chosen
14
5
azertag.az

6Sources