Dünən Pirşağı çimərliyində Yasamal Rayon Mühafizə Polis İdarəsinin əməkdaşı, "Azərbaycan" nəşriyyatının mühafizəçisi Cabbarov Rüfət Adil oğlu azyaşlı uşağı xilas edərkən həyatını itirib. Təəssüflər olsun ki, belə bir fədakar polis əməkdaşı haqda olduğu kimi məlumatlar yayımlanmır. Yayılan məlumatlarda bildirilir ki, "Pirşağı çimərliyində iki nəfər boğulub.
Hadisə iyulun 28-i axşam saatlarında qeydə alınıb. İmişli rayon sakini olan 2017-ci il təvəllüdlü azyaşlı dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.
Elə həmin vaxt Pirşağı çimərliyində Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Cabbarov suda boğulub.
Onun da meyiti sudan çıxarılıb.
Hər iki faktla bağlı araşdırma aparılır (apa)".
Əslində isə azyaşlı uşağı xilas etməyə çalışarkən fədakar polis əməkdaşı da boğularaq həyatın itirib.
Hər halda xəbər saytları hadisəni olduğu kimi araşdırıb yayımlasalar yaxşı olar. GundemXeber.Az