Yeni mövsümdən 1-ci Liqada mübarizə aparacaq "Şəfa" məşqlərini "Neftçi"nin köhnə bazasında davam etdirir.
Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmlinin Fanat.Az-a verdiyi məlumata görə, komanda avqustun 2-də növbəti yoxlama oyununu keçirəcək.
Sözügedən kollektiv Bakıxanov qəsəbə stadionunda "Neftçi"nin əvəzediciləri ilə qarşılaşacaq. Matçın başlama saatı indilik dəqiqləşməyib.
"Şəfa" iyulun 25-də "Şimal" ilə sınaq matçına çıxmış və 1:0 hesablı qələbə qazanmışdı.
Nihat