Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində fəaliyyət göstərən uşaq bağçası ilə bağlı narahatedici görüntülər yayılıb.
Yenilik.az Oxu.Az-a istinadən xəbər verir ki, azyaşlı uşaqların cəzalandırılmaq məqsədilə binanın zirzəmisinə salındığı iddia olunur.
Â
Sosial şəbəkələrdə yayılan və azyaşlının saatlarla ağladığını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.
Â
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Â
Həmin görüntüləri təqdim edirik: