TürkiyÉ™nin müdafiÉ™ naziri YaÅŸar GülÉ™rlÉ™ Böyük Britaniyanın müdafiÉ™ naziri Con Hil arasında “Eurofighter Typhoon” qırıcılarının satışına dair É™ldÉ™ olunmuÅŸ razılaÅŸma Ankara üçün mühüm strateji hadisÉ™ hesab olunur. Bu razılaÅŸma, ABÅž-la F-35 proqramı É™trafında yaÅŸanan gÉ™rginliklÉ™rdÉ™n sonra TürkiyÉ™nin hÉ™rbi aviasiya parkını yenilÉ™mÉ™k sÉ™ylÉ™rinin tÉ™rkib hissÉ™sinÉ™ çevrilib.
Bizim.Media xəbər verir ki, rəsmi müqavilənin yaxın bir il ərzində imzalanması gözlənilir. Türkiyə bu təyyarələrə yerli silah və tanıma sistemlərinin inteqrasiyası məsələsində israrlıdır.
Bu isə NATO daxilində yeni mübahisələrə yol aça bilər.
2019-cu ildə Türkiyə Rusiyadan S-400 zenit-raket sistemlərini aldıqdan sonra ABŞ tərəfindən F-35 proqramından çıxarıldı. Bununla da Türkiyənin hava donanmasının modernləşdirilməsi ehtiyacları ABŞ vasitəsilə ödənilməz oldu. Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin ixtiyarında olan və 1980-ci illərdən bəri istifadə edilən F-16 qırıcıları, çoxsaylı modernizasiya işlərinə baxmayaraq, artıq köhnəlib.
ABŞ-ın CAATSA sanksiyalarına baxmayaraq, Ankara qırıcı parkının yenilənməsi istiqamətində addımlar atmaqda davam etdi, paralel olaraq daxili müdafiə sənayesini də inkişaf etdirdi, PUA-ların, radioelektron mübarizə sistemlərinin və raket texnologiyalarının istehsalına böyük sərmayələr yatırıldı. Lakin ən mühüm və kritik məsələ olaraq, NATO standartlarına uyğun strateji aviasiya komponentinin təmin olunması hələ də gündəmdə qalır. Türkiyənin Böyük Britaniya ilə birlikdə inkişaf etdirdiyi beşinci nəsil KAAN qırıcısının 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Razılaşmada dönüş nöqtəsi 2024-cü ildə Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etməsindən sonra baş verdi. Bunun müqabilində ABŞ Türkiyəyə 40 ədəd yeni F-16 qırıcısının satışına razılıq verdi ki, bu da Vaşinqtonun mövqeyində yumşalma siqnalı kimi qiymətləndirildi.
Eurofighter Typhoon qırıcılarının alınması Türkiyənin alternativ aviasiya mənbələri axtarışının məntiqi davamıdır. Ankara və London arasında bir ildir davam edən danışıqlar Almaniya, İtaliya və İspaniya kimi digər konsorsium üzvləri ilə də razılaşdırılmalı idi.
MüqavilÉ™nin É™sas üstünlüklÉ™rindÉ™n biri dÉ™ – uzaqmÉ™nzilli “Meteor” raketlÉ™rinin daxil edilmÉ™si olub. Qeyd edÉ™k ki, bu raketlÉ™r artıq Yunanıstanın Rafale qırıcılarında istifadÉ™ olunur. Afina bu raketlÉ™rin TürkiyÉ™yÉ™ verilmÉ™sinÉ™ qarşı idi vÉ™ ya heç olmasa, onların Yunan HÉ™rbi Hava QüvvÉ™lÉ™rinÉ™ qarşı istifadÉ™ edilmÉ™sini istisna edÉ™n ÅŸÉ™rtlÉ™rin É™lavÉ™ edilmÉ™sini istÉ™yirdi. Konsorsium isÉ™ NATO üzvlÉ™rinin bir-birinÉ™ qarşı hücum etmÉ™mÉ™si prinsipinÉ™ istinad edÉ™rÉ™k bu narahatlıqları rÉ™dd etdi. Lakin keçmiÅŸ tÉ™crübÉ™lÉ™r göstÉ™rir ki, milli müdafiÉ™ sistemlÉ™rinin adaptasiyası bu kimi razılaÅŸmaların çərçivÉ™sindÉ™n kÉ™nara çıxa bilir.
TürkiyÉ™nin 1990-cı illÉ™rdÉ™ F-16-lara milli “IFF” tanıma sistemi yerləşdirmÉ™si vÉ™ bu sistemin Yunan qırıcılarını tÉ™hdid kimi qÉ™bul etmÉ™si, texniki dÉ™yiÅŸikliklÉ™rin bölgÉ™dÉ™ki hÉ™rbi balansı necÉ™ dÉ™yiÅŸÉ™ bilÉ™cÉ™yini ortaya qoyur.
40 təyyarənin alınması 5,6 milyard dollara başa gələcək. Bu, Türkiyə iqtisadiyyatı üçün xeyli böyük yükdür. Lakin NATO-nun son sammitində 2030-cu ilə qədər hərbi xərclərin ÜDM-in 2%-dən 5%-ə qədər artırılması qərarı fonunda, Ankara bu alışın həmin öhdəliklə uyğunlaşdırılacağını və büdcə yükünün mərhələli şəkildə bölüşdürüləcəyini hesab edir.
Hətta ehtimal olunur ki, ilk 20 təyyarə hazır konfiqurasiyada, sonrakı 20 isə Türkiyə tələblərinə uyğunlaşdırılmış şəkildə təhvil veriləcək.
Britaniya tərəfi Türkiyəyə qiymət və texniki fərqlərə görə bir neçə təchizat paketi təqdim edib. Hazırda Türkiyə bu variantları qiymətləndirir, həm milli sistemlərin inteqrasiyası imkanlarını, həm də hərbi əməliyyat tələblərini və maliyyə resurslarını nəzərə alaraq optimal qərara gəlməyə çalışır.
Yunanıstanla bölgədəki hərbi balans və NATO daxilində Türkiyənin artan rolu fonunda bu razılaşma təkcə hərbi təyyarə alışı yox, Ankaranın gələcək onilliyə hesablanmış strateji hərbi-siyasi xəttinin mühüm bir elementi sayılır. (Haqqin.az)
Bizim.Media