EN

Tramp Pekinin iradəsinə tabe olub?

AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” nəşrinin yazdığına görə, Ağ Ev bu addımı ticarət danışıqları və Trampla Si Cinpin arasında mümkün sammitə hazırlıq fonunda Pekinlə gərginliyi artırmamaq üçün atıb.

Lay Tsinde avqust ayında Tayvanı müstəqil dövlət kimi tanıyan Paraqvay, Qvatemala və Belizə gedərkən ABŞ-dən tranzit keçidiniplanlaşdırmışdı. Lakin məsələ ilə tanış olan üç mənbənin dediyinə görə, Birləşmiş Ştatlar ona Nyu-Yorkda dayanmağın mümkün olmadığını bildirib.

ABŞ-Çin münasibətləri necə olmalıdır?| VİDEO
Bundan əvvəl bildirilmişdi ki, Donald Tramp administrasiyası Çinə əsas texnologiyalar, o cümlədən süni intellekt çipləri üzrə ixrac məhdudiyyətlərini müvəqqəti olaraq dayandırıb.

“Bu addımın məqsədi bu il Tramp və Çin sədri Si Cinpin arasında görüş təşkilini asanlaşdırmaq və ticarət güzəştlərini təmin etməkdir”,- mətbuatda yayılan məlumatlarda vurğulanırdı.

Halbuki, Tramp daha əvvəl Çinə qabaqcıl yarımkeçiricilərin və süni intellekt komponentlərinin ixracını məhdudlaşdırmaq planlarını açıqlamışdı. Amma indi ixraca nəzarət edən Ticarət nazirliyinə Pekinə qarşı təzyiqlərdən çəkinmək tapşırılıb.

İki gün əvvəl isə, ABŞ-nin Dövlət katibi Marko Rubio Vaşinqtonun Pekinlə hörmətcil münasibətlər qurmaq istədiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
1
2
azvision.az

3Sources