"Ayaks"ın müdafiəçisi Jorrel Hato "Çelsi"yə keçməyə yaxındır.
Operativ Media bu barədə "The Athletic"ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, londonlular 19 yaşlı hollandiyalı ilə müqavilə imzalayıb. "Çelsi" futbolçu üçün təxminən 40 milyon avro ödəyəcək.
2024/25 mövsümündə Hato bütün yarışlarda 50 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.