Metbuat.az xəbər verir ki, o tərəflərin Türkiyəyə etimad etdiyini bəyan edib. Peskovun sözlərinə görə, Rusiya da Türkiyə rəhbərliyinə danışıqlar üçün təmin etdiyi şərtlərə görə minnətdardır. Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Çində görüş ehtimalına toxunan Peskovun sözlərinə görə, liderlərin görüşü gündəmdə deyil. Bununla belə, o iki liderin bir araya gələ biləcəyini ifadə edib. Türkiyədə Putin-Tramp görüşünün mümkünlüyü ilə bağlı danışan Dmitri Peskov bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı mövqe nümayiş etdirsə də, Rusiya və ABŞ arasında hələlik konkret razılıq yoxdur.