EN

Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının iclası KEÇİRİLDİ - FOTO

 

Bildirilib ki, iclasda Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında münasibətlərin möhkəm tarixi təməl, mədəni yaxınlıq və iki qardaş xalqın qarşılıqlı hörmətinə əsaslandığını vurğulayıb.

Qeyd olunub ki, dövlət başçılarımız arasında yüksək səviyyəli etimad və qarşılıqlı anlaşma əməkdaşlığın gücləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan və Azərbaycan mühüm birgə layihə və təşəbbüslər həyata keçirməkdədir.

Ölkələrimiz enerji üzrə işbirliyinin genişləndirilməsi baxımından böyük potensiala malikdir.

Ötən ilin yekunlarına görə, bu göstərici 2 milyon tonu, bu ilin ilk yarısında isə 1 milyon tonu keçib.

İki ölkənin ticarət, enerji, sənaye parkları, nəqliyyat, biznes, kənd təsərrüfatı və Ələt azad iqtisadi zonası üzrə tərəfdaşlığının gücləndirilməsi imkanları diqqətə çatdırılıb.

İclasda Azərbaycanın artan iqtisadi göstəriciləri, əlverişli biznes və investisiya mühiti, nəqliyyat və logistika infrastrukturu imkanları, Zəngəzur dəhlizinin perspektivləri barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin önəmi bildirilib, Türkmənistan sərmayədarları fəal əməkdaşlığa dəvət olunub.

Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev Azərbaycanla müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş perspektivlər olduğunu vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri haqqında fikirlərini bölüşüb.

Tədbirdə müxtəlif sahələrdə birgə fəaliyyətin perspektivləri, iqtisadi müstəvidə ortaq maraqlara xidmət edən təşəbbüslər barədə müzakirə aparılıb.

İclasın sonunda Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev imzalayıblar. Sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.


"Cebheinfo.az"

Chosen
45
13
cebheinfo.az

10Sources