Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davam edən münaqişənin tezliklə sona çatdırılmasının vacibliyini vurğulayıb.
Referans xəbər verir ki, o, gələcəkdə Türkiyədə bu istiqamətdə sülh masası qurulacağını bəyan edib.
Dövlət başçısı qeyd edib ki, Ankara regionda sabitlik və sülhün bərqərar olunması üçün vasitəçilik rolunu davam etdirməyə hazırdır:
“Ukraynadakı münaqişə daha da uzanmamalıdır. Biz bu məsələdə təşəbbüs göstərməyə və sülh üçün masanı Türkiyədə qurmağa hazırıq”./Globalinfo.az