EN

Merts Qəzza sakinlərinə yardım üçün “hava körpüsü” yaradıldığını bildirib - ÖZƏL

Almaniya kansleri Fridrix Merts bildirib ki, Almaniya İordaniya ilə əməkdaşlıq çərçivəsində Qəzza zolağı sakinlərinə humanitar yardım göstərmək məqsədilə "hava körpüsü" yaradacaq.

Olaylar xəbər verir ki,bu barədə o, Almaniyanın əsas nazirlik və güc strukturlarının rəhbərlərinin iştirak etdiyi qeyri-rəsmi Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə məlumat verib.

"Almaniya hökuməti İordaniya ilə əməkdaşlıqda Qəzza üzərində humanitar yardımın çatdırılması üçün dərhal 'hava körpüsü' yaradır. Müdafiə naziri Boris Pistorius bu işləri Fransa və Böyük Britaniya ilə sıx əlaqələndirəcək. Hər iki ölkə də ərzaq və dərman vasitələrinin çatdırılması üçün belə bir 'hava körpüsü' təmin etməyə hazırdır", - deyə Merts bildirib. "Biz Qəzzada dinc əhalinin əzablarına mümkün qədər tez son qoymaq istəyirik", - o əlavə edib.

Kansler həmçinin iclasda Fələstin dövlətinin tanınması məsələsinin də müzakirə olunduğunu qeyd edib. "Almaniya hökuməti hazırda bu barədə qərar verməyi planlaşdırmır. Biz [Fələstin dövlətinin] tanınmasını ilk yox, ikidövlətli həll yolunun həyata keçirilməsində mümkün son addımlardan biri kimi nəzərdən keçiririk", - deyə Merts vurğulayıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
34
olaylar.az

1Sources