Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişinin növbəti buraxılışı avrokuboklarda mübarizə aparan klublarımıza həsr edilib.
Offsideplus.az xəbər verir ki, Ceyhun Rzayevlə "Qarabağ", "Sabah", "Zirə" və "Araz-Naxçıvan" klublarının avrokubok oyunlarındakı çıxışları, şanslar, Nəriman Axunzadə, Patrik Andrade və digər futbolçuların performansları, Salifu Sumanın "Malmö"yə satışı, 2025-2026 mövsümündə Azərbaycan çempionatında yüksək rəqabət və digər məsələlər müzakirə olunub.
Verilişi saat 21:00-dan etibarən Offsidecaps yutub kanalında izləyə bilərsiniz: